...

Milli Musiqi Günü münasibətilə Milli Konservatoriyada konsert proqramı təqdim olunub (FOTO)

Mədəniyyət Materials 18 Sentyabr 2018 12:38 (UTC +04:00)
Azərbaycan Milli Konservatoriyasında 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olunub.
Milli Musiqi Günü münasibətilə Milli Konservatoriyada konsert proqramı təqdim olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Konservatoriyasında 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olunub.

Trend-in məlumatına görə, çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev bayram münasibətilə musiqisevərləri təbrik edib, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolundan bəhs edib.

Sonra Azərbaycan Milli Konservatoriyasının tələbə orkestri və tələbə xoru konsert proqramı ilə çıxış edib.

Fotolar Zaur Mustafayevindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti