...

Akademik Milli Dram Teatrında “Buratino axmaqlar ölkəsində” tamaşası hazırlanıb (FOTO)

Mədəniyyət Materials 7 Dekabr 2018 00:19 (UTC +04:00)
Akademik Milli Dram Teatrında “Buratino axmaqlar ölkəsində” tamaşası hazırlanıb
Akademik Milli Dram Teatrında “Buratino axmaqlar ölkəsində” tamaşası hazırlanıb (FOTO)

Bakı. Trend:

Akademik Milli Dram Teatrında “Buratino axmaqlar ölkəsində” tamaşası hazırlanıb.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aleksey Tolstoyun “Qızıl açar və ya Buratinonun macəraları” nağılı əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni və mahnı mətnlərini yazanı Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənlidir.

Səhnə əsərinin bəstəkarı məşhur eston musiqiçisi Olov Exola, bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Tamaşada aktyorlar Xədicə Novruzlu (Buratino), Ramin Şıxəliyev (Karlo ata), Rüstəm Rüstəmov (Karabas Barabas), əməkdar artistlər Anar Heybətov (Bazilio), Şəlalə Şahvələdqızı (Alisa), aktyorlar Elsеvər Rəhimov (Pyero), Rəşad Bəxtiyarov və İmran Qurbanov (Arlekino), İlahə Həsənova və Sona Novruzova (Malvina), Şəhla İsmayılova (Tortila), əməkdar artist Mirzə Ağabəyli (Sisək), aktyorlar Vüsal Mustafayev (Artemon), Elçin Əfəndi (Dəvədəlləyi), Cümşüd Zeynalov (Bayquş), Vüsal Məmmədov (Qurbağa), Mehman Fətullayev (Oğlan), Ləman Fərmanlı və Əminə Səfərova (Qurbağalar) çıxış edirlər.

Mahnıları Teymur Kazimov, Bəsti Qasımova, Nazəni Həsənova və Əlif Cahangirli ifa edib.

Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.

Maraqlı yozumu, rəngarəng geyimləri və dekorasiya həlli ilə yadda qalan tamaşa uşaqlar tərəfindən alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti