...

Ukraynada “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycan komandası ilə görüş olub

Mədəniyyət Materials 16 Fevral 2019 23:36 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyində Odessa şəhərində 5-ci “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycanın “Как по Маслу” komandasının üzvləri ilə görüş keçirilib.
Ukraynada “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycan komandası ilə görüş olub

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfirliyində Odessa şəhərində 5-ci “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycanın “Как по Маслу” komandasının üzvləri ilə görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə bağlı dövlət siyasəti öz uğurlu nəticəsini verməkdədir. Bu gün bütün sahələrdə gənclərimiz bir çox uğurlara imza atır.

Səfir qeyd edib ki, hər bir gəncə, xüsusilə yaradıcılıqla məşğul olan gənclərə dəstək verilməlidir: “Azərbaycan bu festivalda ilk dəfə təmsil olunub və uğur qazanıb. İnanıram ki, komandanız Azərbaycanı digər ölkələrdə də uğurla təmsil edəcək”.

Görüşdə komanda üzvləri həmişə dövlətin dəstəyini hiss etdiyini və bu, onlarda stimul qazandığını vurğulayıb.

Xatırladaq ki, festivalda 213 komanda arasından 14 komanda mövsüm oyunlarına vəsiqə qazanıb. Təmsilçi komandamızın çıxışından dərhal sonra iki ulduz-məşqçi Qarik Birça və Olqa Polyakova ayağa qalxaraq komandaya nəsihətçi olmaq arzularını bildiriblər.

Nəsihətçi olaraq komandamız Ukraynanın pop-divası Olqa Polyakovanı seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti