Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış

Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı Sizi 22 noyabr 2019 – 16 fevral 2020-ci il tarixlərində keçiriləcək “Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış” qrup sərgisinə dəvət edir.

Ekspozisiya bütünlükdə 15 rəssam tərəfindən məhz bu sərgi üçün yaradılmış əsərləri, eləcə də son illərdə ərsəyə gətirdiyi əsərləri təqdim edir. Bu əsərlər, sərhəd anlayışını hansısa şübhəli, efemer və mütərəddid (qeyri-sabit, dəyişkən) kimi nəzərdən keçirir və heç bir sərhədin, mədəni, ərazi və psixoloji olmasından asılı olmayaraq, dayanıqlı və sabit olmasını şübhə altına qoyur. İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdıran sərgi, siyasi identikliyə, eləcə də daxili, şəxslərarası və beynəlxalq sərhədlərə aid olan sualları ortaya qoyur.

Ekspozisiyaya müasir rəssamlar Nazgöl Ansariniya, Kamruz Aram, Dadbeh Bassir, Samira Eskandarfar, Qazaleh Hedayat, Samira Hodaei, Gelare Xoşgözaran, Robin Mandel, Əli Momeni, Timo Nasseri, Jalə Nesari, Navid Nur, Leyla Pazuki, Sara Rəhbər, Neda Razavipur və XIX əsrdə yaşayıb-yaradan rəssam Mirzə Qədim İrəvaninin əsərləri daxildir.

Sərginin adı professor Firuzə Kaşani-Sabetin “Zərif sərhədlər: Qacar İranının azalan əraziləri” adlı essesinin başlığından götürülüb. Burada sərhədlər iki tipə bölünür: “literal” (və ya hərfi), yəni fiziki və metaforik, yəni, “mədəni” bölgü. YARAT-da nümayiş olunan sərgi, yaxın mədəniyyətlərin qeyri-zorakı bölgüsünü işıqlandırır. Belə bölgü, sakit demarkasiya adlanır və kollektiv şüurun köklərini pozur, bu mədəniyyətlərin konstruktiv dialoquna mane olur və onların ümumi tarixi, inancı və mədəniyyətini rədd edir.

Birinci mərtəbədə təqdim edilən ekspozisiya, cismin məkanı və şəhərin məkanı, xaos və qayda-qanun, şəxsi və mədəni-sosial məkan, “mən” və “başqaları” arasında görünməyən sərhədləri araşdırır. Kamruz Aramın yeni “Göy memarlıq üçün elegiya” (2019) adlı multimedia əsəri, müxtəlif formalarda və materiallarda həkk olunmuş İran mirası ilə birləşən ölkələr İran, Azərbaycan və Əfqanıstan mədəniyyətlərinin bir çox məşhur istinadlarını özündə cəmləşdirir. Rəssam belə izah edir: “Əgər hər hansı mədəniyyət obyektinin yaşı yüz illərlə ölçülürsə, yerli xalqları ayıran sərhədlər isə əsrlər boyunca yerini dəyişirsə və təkamül prosesinə məruz qalırsa, belə obyektin milli mənşəyi ilə bağlı hər hansı iddialar şübhələr doğurur (açıq-aşkar görünür ki, coğrafi mənşə, milli mənşə ilə mütləq şəkildə uyğun gəlmir”. İnstalyasiya elə quraşdırılıb ki, guya, o, Azərbaycan portretçisi, tipik İran miniatürləri ilə özünə məşhurluq qazanmış Mirzə Qədim İrəvaninin “Oturmuş qadın portreti” (1870-ci illər) əsəri ilə “söhbət edir”. Leyla Pazukinin “Adsız (Otaq №3)” (2012/2019) əsəri də mədəni sərhədlər anlayışını araşdırır: “Yazılmamış qaydalar, mədəni və sosial tabular, mühafizəkar və ənənəvi məhdudiyyətlər, bizə məlum olmayan qanunlar – bütün bunlar görünməyən sərhədlərdir və biz daim onlarla rastlaşırıq və hər dəqiqə özümüz də anlamadan onları adlayırıq”.

Buna cavab olaraq, ikinci mərtəbədə əks mövqeli ekspozisiya təqdim edilib. Ekspozisiya təbiətdə – yerdə, göydə və suda sonsuzluq və fiziki anomaliyaların təzahürlərinin araşdırılmasına yönəlib. Rəssam Navid Nur tərəfindən yaradılmış, mərmər və güzgüdən hazırlanmış immersiv qapılar, paralel dünyalara girişi açan zaman portalı kimi çıxış edir. Timo Nasseri də, “Bitməyən gecə və ya bizə lazım olmayan işıq” (2019) adlı yeni əsərində, kainatın obrazına müraciət edir. Ulduzlar yavaş-yavaş əriyib yox olan kiçik qara çınqıllardan hazırlanıb. Le corps fluide / Maye bədən” əsərində (2019) Neda Razavipur Xəzər sahillərində keçirdiyi uşaqlıq illərinə bağlı olan kollektiv yaddaş anlayışını araşdırır. Rəssamın audio-videoinstalyasiyası, Astaradan tutmuş, Culfaya qədər (İran) ərazilərdə toplanmış bir sıra gerçək hekayələri sənədləşdirir. Burada Araz çayının sərhədi ilə bir-birindən aralı düşmüş sevgililər haqqında hekayələr də yer alıb. Araz boyunca sərhəd, Jalə Nesarini də ilhamlandırıb. Yenicə yaradılmış videosunda, rəssam dahi şair Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən (1188) şeir parçalarını pıçıltı ilə söyləyir. Əsərdə zülm ilə bir-birindən ayrılan baş qəhrəmanlar öz kədərli talelərinin acısını yaşamağa məhkumdurlar.

***

Sərginin kuratorları Fərəh Piriye və Anna Fexdir.

***

Redaktorlar üçün qeyd

Sərgi: “Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış”

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı), Bayıl, AZ1003

Tarixlər: 22 noyabr 2019 – 16 fevral 2020

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00

Giriş sərbəstdir

***

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

***

Media məlumatları və təsvirlər üçün əlaqə:

Hökümə Kərimova

Tel.: +994 50 274 67 44

E-poçt: [email protected]

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Saatlıda ərzaq mağazası yanıb
Saatlıda ərzaq mağazası yanıb
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Loading Bars
Xəbər lenti
Özbəkistanda 5 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verildi
Azərbaycanda mobil operatorların illik gəlirləri açıqlanıb
Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir - Ərdoğan
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Mustafa Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Türkiyə ordusu 4 il ərzində 6 mindən çox terrorçunu zərərsizləşdirib
Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib (FOTO)
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib
ADPU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)
Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 186 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Can Azərbaycanın müstəqilliyi üçün həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram - Fuat Oktay
Acunun İngiltərədə klub aldığı rəsmiləşdi
Saatlıda ərzaq mağazası yanıb
Ukraynada 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açılıb (FOTO/VİDEO)
MDU-nun Tələbə Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş tədbir keçirib (FOTO)
AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayəti - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib
MDU-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş sərgi-stend hazırlanıb
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb
Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb - AAYDA
Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb (VİDEO)
Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar (FOTO)
Ağdamda Şəhidlər Xiyabanı ziyarət olunub (VİDEO)
Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (VİDEO)
Qanunsuz hərbi forma geyinənlər 500 manat cərimə oluna bilər (VİDEO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Qaxda avtomobillər toqquşub, ölən və yaralanan var
Ötən il 8800-dən çox ahıl və əlil şəxsə evində sosial-məişət xidmətləri göstərilib
Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb
Rusiyada son sutkada 40 minə yaxın yeni yoluxma qeydə alınıb
20 Yanvar şəhidlərinin xatirəsi Neftçalada dərin ehtiramla yad edilir
20 Yanvar hadisələri azərbaycanlıların öz dövlətçiliyinin və müstəqilliyin bərpası uğrunda mübarizəsinin əsasını qoydu - Şərh
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
ABŞ və NATO irimiqyaslı təlimlər keçirəcək
Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Rusiya XİN GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsi barədə
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu
Bakıda metal qəbulu məntəqəsinin sahibinə cinayət işi açılıb (FOTO/VİDEO)
Hava nə vaxt sabitləşəcək?
Bakı-Şamaxı-Yevlax yolu buzdan təmizlənib, hərəkət bərpa olunub (VİDEO)
Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib
Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır?
Lənkəranda uşaqlara siqaret satanlar cərimələnib
Daha 5 nəfər saxlanılıb, 10 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb (FOTO)
Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini
Dairə və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb - Məzahir Pənahov
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Sabah da qar yağacaq, güclü külək əsəcək
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO/VİDEO)
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Qazaxıstan səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev
Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq
Mingəçevir Dövlət Universitetində 20 Yanvar mövzusunda tədbir keçirilib (FOTO)
Səhiyyə naziri karantin rejimindən danışdı
Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı işlər davam edir - Muxtar Babayev
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir - Baş prokuror
Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb - Rauf Əliyev
UNEC kollektivi Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad edib (FOTO)
20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı
Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi
Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək "Teknofest"lə bağlı paylaşım edib
Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev
Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb (FOTO)
Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib
Salyan sakinindən 1 kiloqram narkotik götürülüb
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
20 Yanvar qəhrəman Azərbaycan xalqının müstəqilliyi üçün ayağa qalxdığı gündür - Yalçın Topçu
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)
Toyda karantini pozan iki nəfər cərimələnib
Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu avtomagistrallarda sürət həddi endirilib
20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik mübarizəsinin rəmzidir
Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib
Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda heroin və “patı” götürülüb (FOTO/VİDEO)
ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden
Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqamətində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Bütün xəbərlər