...

Azərbaycan incəsənət ustaları “Dubay Ekspo 2020”də çıxış edib (FOTO/VİDEO)

Mədəniyyət Materials 5 Yanvar 2022 19:09 (UTC +04:00)
Azərbaycan incəsənət ustaları “Dubay Ekspo 2020”də çıxış edib (FOTO/VİDEO)

Bakı. Trend:

"Dubay Ekspo 2020" dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Odlar Yurdundan musiqi" konserti keçirilib.

Trend xəbər verir ki, dünya və Azərbaycan klassik və milli musiqilərini skripkada Ceyla Seyidova, pianoda Nərgiz Əliyeva və tarda Sahib Paşazadə təqdim edib.

Dünya sərgisinin ziyarətçiləri, həmçinin milli pavilyonda pianoda Nizami Əliyev və Raci Hüseynovun ifasında konsert proqramını böyük maraqla qarşılayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti