Bakı. Trend:
Kamera və Orqan Musiqisi Zalının səhnəsində Bakı Kamera Orkestrinin konserti keçirilib.
Trend xəbər verir ki, baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə orkestrin ifasında İohann Sebastyan Baxın Simlilər üçün 3 saylı “Brandenburq” Konserti, Volfqanq Amadey Motsartın Adajio və Fuqa c-moll, Robert Şumanın Bax adına 6 Fuqa, op.60, V.Məmmədzadənin “Sevgi kölgələri”, G.Pelecisin “Tənha kalla” və V.Silvestrovun “The messenger 1956” əsərləri səsləndirilib.
Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovdur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az