Bakı. Trend:
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində koreyalı dirijor Jong-hun Bae və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə musiqi gecəsi baş tutub.
Trend xəbər verir ki, ilk dəfə bizim səhnədə çıxış edən Jong-hun Bae özünəməxsus, orijinal ifaçılıq üslubu təqdim edib.
Orkestr ilə dirijor arasındakı vəhdət əsərlərin böyük ustalıqla nümayiş olunmasına dəlalət edir. Proqramda Q.Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər, F.Əmirovun “Nizami” simfoniyası, P.İ.Çaykovskinin simli tərkib üçün serenadası (C-dur, op.48) səslənib.
Azərbaycan bəstəkar yaradıcılığından olan əsərlərin ifası zamanı Maestro yüksək peşəkarlıq göstərib.
Jong-hun Bae tərəfindən ilhamlanan orkestrin parlaq çıxışı hərarətli tamaşaçı alqışları ilə sona çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az