Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Azərbaycanda noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.
Trend Seçki 2015.az saytına istinadən xəbər verir ki, bu barədə "AZİZ" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda seçkiləri müşahidə etmək üçün İsrail nümayəndə heyətinin tərkibinə 4 nəfər - İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İsrail" partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.
Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti Azərbaycanda mətbuat konfransı keçirməyi planlaşdırır.