...

DİN: Seçkilərlə əlaqədar hər hansı insident qeydə alınmayıb

Seçki 2015 Materials 1 Noyabr 2015 13:49 (UTC +04:00)
Milli Məclisə keçirilən seçkilərlə əlaqədar hər hansı insident qeydə alınmayıb.
DİN: Seçkilərlə əlaqədar hər hansı insident qeydə alınmayıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elmir Murad/

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar hər hansı insident qeydə alınmayıb. Bunu Trend-ə Daxili İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, saat 13:45-ə olan məlumata əsasən hər şey qaydasındadır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi orqanları Milli Məclisə keçirilən seçkilərlə əlaqədar oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində işləyir. Bununla bağlı nazir Ramil Usubov müvafiq əmr imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti