...

TƏKLİF: Çox ağır vəziyyətdə olan vərəm xəstələrinə yardım verilsin

Gündəm Materials 30 Yanvar 2018 12:44 (UTC +04:00)
Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısa müddətli yardımların verilməsi təklif edilir.
TƏKLİF: Çox ağır vəziyyətdə olan vərəm xəstələrinə yardım verilsin

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısa müddətli yardımların verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Sədaqət Vəliyeva “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısa müddətli yardımların verilməsi məsələsinə baxa bilər: “Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq”.

S.Vəliyeva bildirib ki, bu gün əsas problemlərdən biri vərəm xəstəliyinin 25-44 yaşlı insanlar arasında təsadüf olunmasıdır: "Xəstələnmə hallarının demək olar ki, yarısı bu yaş dövründə olan insanlarda olur".

Deputat əlavə edib ki, 1990-cı illərə qədər penitensiar sistemdə vərəmdən ölüm halları çox idi, bu gün isə vərəmdən ölüm halları 105 dəfə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti