...

Moskva-Bakı təyyarəsi "Vnukovo" aeroportuna qayıtdı

Gündəm Materials 10 Fevral 2018 14:55 (UTC +04:00)
Texniki nasazlıq ilə əlaqədar olaraq, Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır.
Moskva-Bakı təyyarəsi "Vnukovo" aeroportuna qayıtdı

Bakı. Maksim Tsurkov - Trend:

Texniki nasazlıq ilə əlaqədar olaraq, Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır.

Trend-in məlumatına görə, texniki nasazlıq uçuşdan sonra aşkar edilib və bununla əlaqədar olaraq hava gəmisinin komandiri "Vnukovo" hava limanına qayıtmaq barədə qərar qəbul edib.

Bu reysin sərnişinləri Bakıya daha tutumlu təyyarə ilə yerinə yetiriləcək bugünkü J2-809 reysi ilə göndəriləcək. Planlaşdırılmış uçuş vaxtı: Bakı vaxtı ilə saat 16:30, Vnukovo aeroportuna eniş: yerli vaxtla saat 18:40.

Məlumatda bildirlir ki, lazım gələrsə, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinlərinin bütün lazımı ehtiyacları təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti