...

"Nübar" qəsəbəsi və "Zəli gölü" adlanan ərazidə SON VƏZİYYƏT açıqlandı - Aktivlik artıb

Gündəm Materials 28 Fevral 2018 19:00 (UTC +04:00)
Son bir necə gün ərzində Abşeron rayonunun "Nübar" qəsəbəsindəki uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesində aktivlik artıb.
"Nübar" qəsəbəsi və "Zəli gölü" adlanan ərazidə SON VƏZİYYƏT açıqlandı - Aktivlik artıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Son bir neçə gün ərzində Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesində aktivlik artıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, aktivliyin artma səbəbi son günlər ərzində əraziyə düşən atmosfer yağıntılarıdır.

Mütəxəssis qeyd edib ki, Suraxanı rayonunun Zığ qəsəbəsinin bəzi sahələrində də sürüşmə proseslərində aktivləşmə müşahidə edilir:

"Aktivləşmə torpaq qatında olan çatlarda özünü göstərir. Ərazidə quraşdırılmış mayaklardan da görünür ki, prosesin dinamikasında aktivləşmə var".

R.Həsənov bildirib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tektonik qırılma xəttinin keçdiyi ərazidə bir müddət əvvəl sürüşmə prosesi baş verib və hadisənin fəsadları da olub:

"Həmin ərazi hazırda da nəzarətimizdədir. Ancaq son günlər ərzində ərazidə ciddi aktivləşmə görməmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti