...

Bakıda banka basqın edən şəxsə 10 il cəza verildi

Gündəm Materials 10 İyul 2018 15:45 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda banka basqın edən şəxsə 10 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirlən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nazim Məmmədov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı sakini Nazim Məmmədov bu il yanvarın 18-də "TuranBank"ın Yasamal filialına basqın edərək xəzinədarı bıçaqla hədələyib, pul tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti