...

Milli Musiqi Günü metro stansiyalarında konsert təşkil olunacaq

Gündəm Materials 14 Sentyabr 2018 10:23 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.
Milli Musiqi Günü metro stansiyalarında konsert təşkil olunacaq

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq:

"Budəfəki proqramda müsiqi proqramları saat 11:00-dan 12:30-dək “İçərişəhər” stansiyası, 12:00-dan 13:30-dək “Sahil” stansiyası, 13:00-dan 14:30-dək “28 May” stansiyası, 14:00-dan 15:30-dək isə “Elmlər Akademiyası” stansiyasında olacaq. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti