...

"İcbari tibbi sığorta haqqında" qanun layihəsi müvafiq qurumlarla razılaşdırılıb

Gündəm Materials 26 Sentyabr 2018 12:32 (UTC +04:00)
"İcbari tibbi sığorta haqqında" yeni qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılıb.
"İcbari tibbi sığorta haqqında" qanun layihəsi müvafiq qurumlarla razılaşdırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

"İcbari tibbi sığorta haqqında" yeni qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılıb.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri Aysel İbayeva deyib.

Onun sözlərinə görə, agentlik tərəfindən hazırlanmış bu qanun layihəsindən irəli gələrək 13 qanuna da dəyişikliklər layihəsi hazırlanıb.

A.İbayeva əlavə edib ki, "İcbari tibbi sığorta haqqında" qanun layihəsində sığorta haqlarının yığımı, icbari tibbi sığortanın büdcəsinin formalaşdırılması, maliyyə dayanıqlığının təmin edilməsi, gəlirlərinin proqnozlaşdırılması, tibb müəssisələrinin statusu və rolu, tərəflərin hüquq və öhdəlikləri kimi məsələlər öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti