...

Nazirlik: Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır

Gündəm Materials 27 Oktyabr 2018 10:03 (UTC +04:00)
Bakının Səbail rayonunun Badamdar sürüşmə sahəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.
Nazirlik: Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Səbail rayonunun Badamdar sürüşmə sahəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Məlumata görə, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti