...

Prokuror 20 min dollara görə əmisi oğlunu bıçaqlayana cəza istədi

Gündəm Materials 10 Dekabr 2018 15:02 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror 20 min dollara görə əmisi oğlunu bıçaqlayana cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vasif Hümbətov bildirib ki, İsmayıl Hümbətovla aralarında barışıq olub. Vasif Hümbətov əmisi oğluna həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Dövlət ittihamçısı İ.Hümbətova 5 il cəza istəyib.

Məhkəmə iclası dekabrın 17-də davam etdiriləcək.

İttihama görə, bu il Nəsimi rayonunda İsmayıl Hümbətov 3-cü mikrorayon bazarında meyvə-tərəvəz satışı ilə məşğul olub və əmisi oğlu Vasif Hümbətova 30 min dollar borc verib. Vasif Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olub. O, əmisi oğluna biznesini genişləndirmək üçün pul lazım olduğunu, qarşılığında ona da əlavə gəlir verəcəyini bildirib. Bu məqsədlə də İsmayıl Hümbətov qayınatası Adəm Hüseynovdan 30 min dollar alaraq ona verib.

Daha sonra Vasif işlərinin yaxşı getmədiyini deyib və borcu qaytarmayıb. İsmayıl Hümbətov özünün "Ford Tranzit" avtomobilini 6 min manata satıb, həyat yoldaşının qızıllarını lombarda qoyaraq 3700 manat götürüb. Həmin pulları qayınatasına qaytarıb. Vasif də sonra ona 10 min dollar qaytarıb, 20 min dollar isə qalıb. İsmayıl Vasiflə görüşərək pulu tələb etsə də, Vasif pulu olmadığını deyib. Nəticədə onlar dalaşıb və İ. Hümbətov V.Hümbətova 3 bıçaq zərbəsi vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti