...

Paytaxtda yağışa görə sürət həddi 20 km/s azaldılıb

Gündəm Materials 20 Dekabr 2018 08:09 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti