...

Bakıda Rusiya vətəndaşına qarşı dələduzluq edildi

Gündəm Materials 5 Mart 2019 22:51 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda xarici ölkə vətəndaşına qarşı dələduzluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Rusiya Federasiyası vətəndaşı, Karanayev Məhəmmədrəsul Baqauntdinoviç ərizə ilə Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə müraciət edərək bildirib ki, fevralın 21-də Nizami rayonu, Z.Məmmədov küçəsində Ramil adlı şəxs Rusiyanın Rostov şəhərinə pul müqabilində yük aparılmasını təşkil edəcəyinə söz verərək ondan 17000 rus rublu alaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti