...

Sabunçu vağzalının tikintisində işləyən traktorçu sükan arxasında öldü

Gündəm Materials 15 Mart 2019 22:29 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda dəmir yolu vağzalının tikintisi zamanı ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Sabunçu dəmir yolu vağzalında baş verib.

Vağzalın inşası ilə əlaqədar yaxınlıqdan keçən yolun tikintisində traktorçu işləyən 1967-ci il təvəllüdlü Əliyev Ənvər Abdüləzim oğlu mühərriki sönülü olan traktorda sükan arxasında oturduğu zaman qəflətən ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti