...

Ağcabədidə oğlu tərəfindən güllələnən kişi xəstəxanada öldü

Gündəm Materials 8 İyun 2019 17:07 (UTC +04:00)
Ağcabədi rayonunda başından güllələnən şəxs xəstəxanada ölüb.
Ağcabədidə oğlu tərəfindən güllələnən kişi xəstəxanada öldü

Bakı. Samir Əli - Trend:

Ağcabədi rayonunda başından güllələnən şəxs xəstəxanada ölüb.

Trend-in məlumatına görə, Ağcabədi rayonunda güllələnən, 1965-ci il təvəllüdlü Tağıyev Mirələm Zalış oğlu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, sonradan Bakıya, Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, M.Tağıyev bir neçə gün əvvəl Ağcabədi rayonunda oğlu tərəfindən güllələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti