...

Quba sakini meyvələri ucuz satırmış - Sən demə oğurlayıb

Gündəm Materials 17 İyul 2019 12:23 (UTC +04:00)
Oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satan Quba sakini saxlanılıb
Quba sakini meyvələri ucuz satırmış - Sən demə oğurlayıb

Bakı. Samir Əli - Trend:

Quba rayon sakini Ehtiram Talıbov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında bazar ərazisinə satmaq üçün gətirdiyi mövsümi meyvələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Quba regional qrupundan Trend-ə verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini, 22 yaşlı Əmrah Əmrahov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini edərək, oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satdığını və əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti