...

Bakı-Quba yolunda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Gündəm Materials 10 Oktyabr 2019 12:29 (UTC +04:00)
Bakı-Quba yolunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Bakı-Quba yolunda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Bakı. Samir Əli - Trend:

Bakı-Quba yolunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində baş verib. Quba rayonu istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb.

Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti