...

Sabah bu ərazilərdə işıq olmayacaq

Gündəm Materials 18 Dekabr 2019 18:08 (UTC +04:00)
10 kVt-luq “Saray 3” və “Saray 8” xətlərində aparılan yenidənqurma işləri aparılır.
Sabah bu ərazilərdə işıq olmayacaq

Bakı. Trend:

Sabah saat 11:30-dan 14:00-a qədər Abşeron rayonunun Saray qəsəbəsinin bəzi ərazilərinin (badam bağları), eləcə də Novxanı qəsəbəsinin bir hissəsinin elektrik enerjisi təchizatında qısamuddətli fasilə yaranacaq.

Bunu Trend-ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, fasiləyə səbəb Sumqayıt 110/35/10 kVt-luq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran iki dövrəli 10 kVt-luq “Saray 3” və “Saray 8” xətlərində aparılan yenidənqurma işləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti