Bakı. Trend:
Oğurluq etdiyinə görə tutulmuş T.Eyvazovun etdiyi digər oğurluq əməlləri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş T.Eyvazovun ətrafında Salyan RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 evdən pul və qızıl-zinət əşyaları, həmçinin 3 həyətyanı sahədən ümumilikdə 25 baş qoyun oğurlaması da müəyyən edilib.