...

Qanunsuz qoşulma aparan sakin 800 abonentin qazsız qalmasına səbəb oldu

Gündəm Materials 10 İyun 2020 23:54 (UTC +04:00)
Qanunsuz qoşulma aparan sakin 800 abonentin qazsız qalmasına səbəb oldu

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhəri Yoncalıq ərazisi. Dəfələrlə qaz talamaqla məşğul olan Sənan adlı şəxs yenə də eyni əməli törətməkdən çəkinməyib.

Bu barədə Trend-ə “Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

İyunun 10 da saat 22:00 radələrində həmin şəxs diametri 108 mm olan qaz xəttini bağlayaraq qaynaq vasitəsilə kəsim aparıb və qaz xəttinin yerini qeyri-qanuni dəyişməyə cəhd edib. Baş verənlər səbəbindən 800 abonentin qaz xəttinin dayandırılmasına zərurət yaranıb.

Qanunsuz qoşulma faktı ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yerli icra hakimiyyətinə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti