...

Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib

Gündəm Materials 14 İyul 2020 14:42 (UTC +04:00)
Erməni silahlı birləşmələrinin cəbhə bölgəsində təxribatları davam edir.
Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib

Bakı. Samir Əli - Trend:

Erməni silahlı birləşmələri sərhəd kəndlərini atəşə tutmaqda davam edir.

Trend-in məlumatına görə, ermənilər Tovuz rayonunun Dondar Quşçu kəndində evləri atəşə tutub. Kənd ərazisinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.

Hadisə nəticəsində kənd sakini, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə ciddi ziyan dəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti