...

Sabah Bakıda 37 dərəcə isti olacaq

Gündəm Materials 19 İyul 2020 12:24 (UTC +04:00)
Sabah Bakıda 37 dərəcə isti olacaq

Bakı. Trend:

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, 20 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

20 iyulda Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

İyulun 20-21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti