...

Baş Prokurorluq generalın oğluna yüksək vəzifə verilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib

Gündəm Materials 5 Avqust 2020 14:47 (UTC +04:00)
Baş Prokurorluq generalın oğluna yüksək vəzifə verilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib

Bakı. Trend:

Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti