Bakı. Trend:
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə bağlı, həmçinin, velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Keçirilən reyd zamanı həmçinin, avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.
Qaydalara əməl etməyən velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.