Bakı. Samir Əli - Trend:
Hal-hazırda 2 eskalator ( Su idman kompleksinin və Dövlət Bayraq meydanının qarşısındakı yeraltı piyada keçidlərində ) dartı zəncirləri sıradan çıxdığı üçün təmirə dayandırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin xidmət və balansında Bakı şəhəri üzrə 65 yerüstü və 15 yeraltı piyada keçidlərində 179 müxtəlif markalı eskalatorlar var.
2020-ci ilin yanvar-avqust aylarında 150 eskalatorun sıradan çıxmış əsas detalları (dartı zənciri ,pillə, şkif, şkifaltı, kəmər, sürahi qayışı, şkifaltı rolik, puskatel qoşma zamoku karniz, sürahi istiqamətləndiricisi, buynuz kəməri, daraq pillə önlüyü və s.) yenisi ilə əvəz olunub.
29 eskalatorun müxtəlif detalları (şkifaltı kəmərin roliki, elektrik mühərriki, karniz, karniz rolikləri, fren, işçi əyləc qəlibi, beyin kartı, pillə plastması, işçi əyləc dolağı və s.) təmir olunub.