...

Bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşib, avtobuslar gecikir (FOTO)

Gündəm Materials 17 Noyabr 2020 09:02 (UTC +04:00)
Bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşib, avtobuslar gecikir (FOTO)

Bakı. Trend:

Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Trend xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur: H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi - Bayıl dairəsi, A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.

Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti