...

AzTV-də iş yeni dövrün tələblərinə uğrunlaşdırılmalıdır - Sədr

Gündəm Materials 25 Dekabr 2020 11:18 (UTC +04:00)
AzTV-də iş yeni dövrün tələblərinə uğrunlaşdırılmalıdır - Sədr

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün AzTV-də aparılan islahatlarda hər kəs iştirak etməlidir, çünki AzTv hər bir kəsin TV-sidir.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan mediasında düşüncə baxımından zəif olan insanlar da var: “Onlar hər hansı hadisəni öz prizmasından qiymətləndirərərək çıxış edirlər. Hər bir tənqidi fikrin öz əsası olmalıdır. Biz hər bir təklifə açığıq. Biz qarşımıza qoyulan məqsədə müəyyən dərəcədə nail olmuşuq. Amma hədəflərimiz çoxdur. Hədəflərəmizə nail olmaq üçün çalışırıq ki, onları şərəflə, vicdanla yerinə yetirək”.

R.Məmmədov qeyd edib ki, HD yayıma keçmək üçün də önəmli addım atılır:

"AZTV, Mədəniyyət və İdman kanallarını HD yayıma keçirmək üçün yüksək keyfiyyət ortaya qoyaq. Bu, yalnız texniki deyil, həm də kadr məsələləri ilə bağlıdır. Buna görə hazırda kadr hazırlığı üçün işlər aparılır: “Yanvarın ilk ongünlüyündə yeni efir otağından yayıma çıxacağıq. Studiya çox vacibdir. AZTV-nin studiyaları digər kanallardan geri qalmamalıdır. AzTV-də işin forma və məzmunu da yeni dövrün tələblərinə uğrunlaşdırılmalıdır. Bu istiqamətdə də işlər aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti