...

Türkiyə “BioNTech”dən 4,5 milyon doz peyvənd alacaq

Gündəm Materials 25 Dekabr 2020 23:38 (UTC +04:00)
Türkiyə “BioNTech”dən 4,5 milyon doz peyvənd alacaq

Bakı. Trend:

Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “BioNTech” peyvəndinin alınması ilə bağlı anlaşma imzalayıb.

Trend-in məlumatına görə, bu barədə səhiyyə naziri Fahrettin Koca “Twitter” sosial şəbəkə hesabında bildirib.

Bildirilir ki, bu il “BioNTech” vaksinindən 550 min ədədi Türkiyəyə gətiriləcək. Ümumilikdə anlaşmaya əsasən gələn il mart ayının sonunadək 4,5 milyon doz peyvəndin alınması nəzərdə tutulur.

Türkiyəli nazir daha əvvəl ölkəyə 26 dekabrda Çinin "Sinovac Biotech" şirkətinin peyvəndlərinin çatdırılacağı barədə məlumat veirb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti