...

"YAŞAT" Fondu daha bir qazinin fiziki bərpası üçün tədbir görür (FOTO/VİDEO)

Gündəm Materials 11 Yanvar 2021 09:57 (UTC +04:00)
"YAŞAT" Fondu daha bir qazinin fiziki bərpası üçün tədbir görür (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazimiz Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazından istifadə olunur: "Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır. “YAŞAT” Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah bütün qazilərimizə şəfa versin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti