...

Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunub

Gündəm Materials 25 Yanvar 2021 11:37 (UTC +04:00)
Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunub

Bakı. Samir Əli – Trend:

Ötən il Ədliyyə Nazirliyi tərəfindən 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib.

O bildirib ki, 2020-ci ildə həmçinin 25 məhkum öz ölkəsinə təhvil verilib: “Ötən il Almaniyadan 2 nəfər Azərbaycana verilib. Onlardan biri Avropa İttifaqına üzv ölkənin, 1-i isə Azərbaycan vətəndaşıdır. Keçən il 7 nəfər Azərbaycana ekstradisiya olunub. Onlardan 1-i Türkiyə, 1-i Bosniya, 2 nəfər isə Almaniyadan ekstradisiya olunub. Eyni zamanda 6 nəfər xarici ölkə vətəndaşı öz ölkələrinə ekstradisiya edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti