...

Gizli nişan məclisi aşkarlandı, 10 nəfər cərimələndi

Gündəm Materials 8 Fevral 2021 09:48 (UTC +04:00)
Gizli nişan məclisi aşkarlandı, 10 nəfər cərimələndi

Bakı. Samir Əli - Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini R.İsmayılovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti