...

Bakı-Quba yolunun çəkilişində qüsurlara yol verilib - Agentlik sədri

Gündəm Materials 22 Fevral 2021 12:20 (UTC +04:00)
Bakı-Quba yolunun çəkilişində qüsurlara yol verilib - Agentlik sədri

Bakı. Samir Əli - Trend:

Bakı-Quba yolunun çəkilişi zamanı müəyyən qüsurlara yol verilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, beton yolu sıradan çıxan kimi təmir etmək asan deyil:

"Görünən odur ki, vaxtilə yolun istismarı da düzgün həyata keçirilməyib. 2018-ci ildə ölkə rəhbərinin tapşırığına uyğun olaraq şimal istiqamətinə yeni yol çəkilir. Yolun 150 kilometrliyi ödənişli olacaq. Yol 2022-ci ilin mayında istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti