...

Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)

Gündəm Materials 1 Mart 2021 14:50 (UTC +04:00)
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Quba yolunda ağır yol qəzası olub.

Trend-in məlumatına görə, hadisə Xızı rayonu, Sitalçay kəndi ərazisində qeydə alınıb. "İveco" markalı yük avtomobili və "Беларус" markalı traktorun toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri yük avtomobilindən, 1 nəfərin meyitini isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti