...

Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib

Gündəm Materials 6 Mart 2021 03:08 (UTC +04:00)
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib

Bakı. Trend:

ABŞ-ın "Perseverance" (Əzmkarlıq) planet roveri enişdən sonra ilk dəfə Marsın səthinə kiçik məsafəni qət edib.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) rəsmiləri brifinqdə deyib.

"Martın 4-ü günortadan sonra Marsda ilk səyahətimizi etdik", - layihənin menecer müavini Robert Hoqq deyib. Ümumilikdə cihaz təxminən 6,5 m məsafə qət edib.

NASA mütəxəssisləri Marsın səthindən nümunələrini götürmək üçün müxtəlif elmi cihaz və alətlərin quraşdırıldığı manipulyatoru da sınaqdan keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti