...

Tovuz ağ örpəyə büründü (FOTO)

Gündəm Materials 12 Mart 2021 12:36 (UTC +04:00)
Tovuz ağ örpəyə büründü (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Tovuzun mərkəzinə 10 santimetrə qədər qar yağıb.

Trend-in məlumatına görə, bir neçə saatdır yağan qar şəhəri ağ örpəyə bürüyüb. Sakinlər bildirir ki, şəhər mərkəzinə 10 santimetr, dağlıq ərazilərə isə yarım metrə qədər qar yağıb.

Tovuz rayon İcra Hakimiyyətindən bildirilib ki, qarın yağması ilə əlaqədar əhaliyə verilən qaz, işıq və su ilə bağlı heç bir problem yaranmayıb. Xüsusi texnikalar vasitəsi ilə yollar təmizlənir.

Tovuz rayonuna qarın yağması hazırda da davam edir.

FOTO: Fikrət Məmmədov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti