...

Ötən gün 8 yanğın olub, 2 nəfər ölüb

Gündəm Materials 16 Mart 2021 10:22 (UTC +04:00)
Ötən gün 8 yanğın olub, 2 nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün ölkə ərazisində 8 yanğın hadisəsi baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 8 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti