...

Koronavirusa qarşı ikinci doza vurulmazsa, nə olar? - AÇIQLAMA

Gündəm Materials 17 Mart 2021 15:59 (UTC +04:00)
Koronavirusa qarşı ikinci doza vurulmazsa, nə olar? - AÇIQLAMA

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətəndaş ikinci dozanı vurdurmarsa, birinici dozanın əhəmiyyəti itəcək.

Bunu Trend-in sualına cavab olaraq Səhiyyə Nazirliyinin instagram səhifəsində canlı yayımda baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, immunitetin effektli olması üçün vətəndaş hər iki dozanı vurdurmalıdır:

“İnsan bədənində əhəmiyyətli immunitetin yaranması üçün vaksinin hər iki dozası vurulmalıdır. Yalnız biri vurularsa, bu, əhəmiyyətini itirmiş olacaq".

T. Eyvazov qeyd edib ki, vətəndaş ikinci dozanı 28 gün ərzində vurdurmalıdır: "Az müddət keçəndən sonra da vurdura bilər, ancaq çox ara verilərsə, o zamanda yenidən birinci doza vurulmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti