Bakı. Trend:
ABŞ rəhbərliyi ölkənin Meksika sərhədinə yaxın otellərində təxminən 1,2 min qanunsuz miqrantın yerləşməsi üçün 86 milyon dollar ayırıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, miqrantlar Arizona və Texas ştatlarındakı otellərdə yerləşdiriləcəklər.
Bildirilir ki, ABŞ hökuməti ölkənin cənub sərhədlərindən gələn qanunsuz miqrant axını problemi ilə üzləşib.