Bakı. Ceyhun Ələkbərov - Trend:
Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yeni svetoforlar quraşdırılıb.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, ərazidə müvafiq nişanlanma xətləri təşkil edilib.
Nizamlanan eynisəviyyəli piyada keçidlərinin qarşısında panduslar inşa olunub.