...

DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Gündəm Materials 8 İyul 2021 10:49 (UTC +04:00)
DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən Trend-ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün aşağıdakı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Ali təhsil üzrə

Komissiyanın adı

Komissiyanın kodu

Aktyor sənəti

50

Rejissorluq

51

Operator sənəti

52

Bəstəkarlıq (NDU)

69

Fortepiano (NDU)

71

Orkestr alətləri (NDU)

72

Musiqişünaslıq (NDU)

73

Xalq çalğı alətləri (NDU)

74

Dirijorluq (NDU)

75

Musiqi müəllimliyi (NDU)

76

Musiqi müəllimliyi (GDU)

83

Musiqi müəllimliyi (LDU)

93

Xanəndəlik(NDU)

95

Milli vokal(NDU)

96

11 illik üzrə

Komissiyanın adı

Komissiyanın kodu

İnstrumental ifaçılıq

43

Xalq çalğı alətləri

44

Xanəndəlik

45

Klassik vokal

47

Aşıq sənəti

59

9 illik üzrə

Komissiyanın adı

Komissiyanın kodu

Təsviri sənət

211

Heykəltəraşlıq

212

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin səhifəsində “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti