...

Bakının mərkəzində ağaclıq sahədəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 7 Avqust 2021 14:30 (UTC +04:00)
Bakının mərkəzində ağaclıq sahədəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 hektara yaxın ərazidə quru ot və ağaclar yanıb. Yaxınlıqdakı tikililər və sıx ağaclıq ərazi yanğından mühafizə olunub.

Yanğın saat 13:08-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

X X X

Saat: 12.42

Bakının mərkəzində ağaclıq ərazi yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti