...

Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıdıb

Gündəm Materials 14 Avqust 2021 14:56 (UTC +04:00)
Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıdıb

Bakı. Trend:

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti