...

Günün fotosu: Bakı-Füzuli aviareysinə qeydiyyat

Gündəm Materials 5 Sentyabr 2021 13:27 (UTC +04:00)
Günün fotosu: Bakı-Füzuli aviareysinə qeydiyyat

Bakı. Trend:

Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Trend-in müxbiri Fərid Zöhrabovun Heydər Əliyev beynəlxalq hava limanında çəkdiyi kadrı tam əminliklə günün fotosu adlandırmaq olar.

30 illik işğaldan azad olunan torpaqlara sərnişin təyyarəsinin enməsi, qısa zamanda hava limanın tikilməsi Prezident İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olub. Bu hava limanı Qarabağın hava qapısı olacaq.

Qarabağa Böyük Qayıdış artıq regionun yeni reallığıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti