...

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Gündəm Materials 15 Sentyabr 2021 18:31 (UTC +04:00)
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində nəzərdə tutulan növbəti görüşü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) baş tutub.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, ANAMA-nın sədri Vüqar Süleymanovla görüşən qonaqlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirəcəkləri birgə fakt-araşdırıcı missiya və mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparıblar. Görüş zamanı V.Süleymanov üçtərəfli bəyanatın imzalamasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistanın mina xəritələrinin təqdim edilməsi ilə bağlı sistematik addımlar atmamasını diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, mina xəritələrinin təqdim edilməməsi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə maneə törədir.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan edilmiş bölgələrə səfər edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti